Alimlər litium-ion batareyalarının ömrünü uzadan nano yaylı örtük hazırlayıblar. Yeni örtük texnologiyası batareyaların ömrünü əhəmiyyətli dərəcədə artırır. 1000 dəfə çarj prosesindən sonra belə batareya öz tutumunun 78%-ni saxlayır. Bu innovasiya xüsusilə elektromobillər üçün ideal həll hesab edilir, çünki batareyanın dayanıqlığını və enerji sıxlığını artırır. Araşdırma ABŞ alimləri, Samsung SDI və Cənubi Koreya universitetlərinin mütəxəssislərinin əməkdaşlığı ilə həyata keçirilib. Bu texnologiya elektromobil sənayesində batareya istehsalına mühüm təsir göstərə bilər.
Elektromobil batareyaları tez-tez doldurma və boşalma dövrləri səbəbindən deqradasiya problemləri ilə qarşılaşırlar ki, bu da aktiv materiallarda çatların yaranmasına gətirib çıxarır. Bu zədələr batareyanın performansını aşağı salır. Bu problemi həll etmək üçün alimlər elektrodların səthinə çoxqatlı karbon nanoborular yerləşdiriblər. Bu texnologiya deformasiya enerjisini udmağa kömək edir və çatların yaranmasının qarşısını alaraq daha yüksək dayanıqlıq təmin edir. Nəticədə 570 vatt-saat/kq enerji sıxlığına nail olunub və 1000 şarj dövründən sonra tutumun 78%-i qorunub.

Cəmi 0.5% çəkiyə malik keçirici materialın istifadəsi bu həlli iqtisadi cəhətdən səmərəli və mövcud istehsal proseslərinə asanlıqla inteqrasiya edilə bilən hala gətirir. Bu da sürətli kütləvi istehsal imkanları yaradır. Yeni texnologiya təkcə batareyaların ömrünü uzatmaqla kifayətlənmir, həm də materialların dayanıqlığının vacib olduğu digər sahələrdə istifadə oluna bilər. Bu həll davamlı texnologiyalara artan tələbatı qarşılayır və daha səmərəli elektromobillərə keçidi sürətləndirə bilər ki, bu da davamlı enerji gələcəyi üçün əhəmiyyətlidir.
Mənbə: Phys.org