Bakı. Günaydın:
Azərbaycan təmsilçisi Ayan Allahverdiyeva Monteneqroda təşkil
edilən 20 yaşlı şahmatçılar arasında təşkil olunan dünya
çempionatında gümüş medal qazanıb.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki,
şahmatçımız XI turda Özbəkistan təmsilçisi Afruza Xamdamovayla
heç-heçə oynayıb. Bununla xalını 8-ə çatdıran Ayan Allahverdiyeva
dünya çempionatının gümüş medalına sahib çıxıb.
<!—->
<!––>
Qeyd edək ki, mundialda 50 ölkədən 200-dən çox şahmatçı mübarizə
aparıb.