Bakı.Trend:
LEF network Azerbaijan layihəsi bu il yekunlaşsa da, Azərbaycan,
Latviya, Estoniya və Finlandiya arasında əməkdaşlıq başqa formatda
davam edəcək.
Bu barədə Trend-ə Latviyanın ticarə-sənaye palatasının Aİ
layihələri üzər departamentinin direktoru Liqa Siçyova Azərbaycan,
Latviya, Estoniya və Finlandiya arasında biznes əlaqələrin
inkişafına həsr olunmuş B2B Forumu çərçivəsində açıqlamasında
bildirib.
““LEF network Azerbaijan” layihəsi şirkətlər arasında
əməkdaşlığın inkişafına aktiv şəkildə vasitəçilik edir, lakin
layihənin özü bu ilin sonunda yekunlaşır. Biz Azərbaycan, Latviya,
Estoniya və Finlandiya arasında əməkdaşlığın və təmasların
qurulmasına maraq göstərən şirkətləri dəstəkləyirik. Layihə
çərçivəsində bu il Mərkəzi-Baltika ölkələrində iki ticarət
missiyasının yerinə yetirilməsi planlaşdırılır. Eyni zamanda
oktyabr ayında Baltika ölkələrindən Azərbaycana ticarət missiyası
təşkil olunacaq”, -deyə L. Siçyova bildirib.
O qeyd edib ki, LEF network Azerbaijan layihəsinin
yekunlaşmasından sonra Azərbaycanın biznes-təşkilatları və “Caspian
Energy Club”la əməkdaşlığın davam etdirilməsi planlaşdırılır.
“Biz eyni zamanda əməkdaşlıqla bağlı müxtəlif memorandumlar
bağlamağa can atırıq və – ola bilsin başqa formatda, Azərbaycan,
Latviya, Estoniya və Finlandiya arasında qarşılıqlı-əlaqəni qoruyub
saxlamaqla – birgə fəaliyyəti davam etdirməyə hazırıq”, – deyə o
bildirib.
<!—->
<!––>
Onun sözlərinə görə, Baltika ölkələrindən olan bizens
Azərbaycanda böyük potensial görür. Tarix və mədəniyyətdə insanları
birləşdirən orta anlar var. Bununla belə mədəni fərqlər əməkdaşlıq
üçün yeni imkanlar açır.
“Məsələn, Azərbaycana gələn şirkətlər yerli biznesin Avropa
bazarına çıxışını dəstəkləməyə, lazımi sertifikatlaşdırma təşkil
etməyə və ya IT çözümləri təqdim etməyə hazırdır”, – deyə o əlavə
edib.
L. Siçyova qeyd edib ki, LEF network Azerbaijan layihəsi
Azərbaycanda mühüm dəstək alır, xüsusilə Caspian Energy Club,
AZPROMO, KOBİA və Alman-Azərbaycan Ticarət Palatası kimi
təşkilatlardan.
Qeyd edək ki, LEF network Azerbaijan layihəsi Azərbaycan,
Latviya, Estoniya və Finlandiya arasında biznes əlaqələrinin
inkişafına yönəlib. Layihə 2023-cü ilin martında başlayıb və
müddəti 36 aydır, büdcəsi isə 1,264 milyon avro təşkil edir.