Bakı. Günaydın:
İranın Ankaradakı səfirliyinin müvəqqəti işlər vəkili Türkiyənin
Xarici İşlər Nazirliyinə çağırılıb.
Trend türk KİV-ə
istinadən xəbər verir ki, bu barədə Türkiyənin XİN mətbuat
xidmətinin sözçüsü Öncü Keçeli açıqlama verib.
<!—->
<!––>
Məlumata görə, Keçeli İranın Ankaradakı Səfirliyinin Müvəqqəti
İşlər Vəkilinin ikitərəfli məsələləri və bəzi iranlı rəsmilərin
Türkiyəyə qarşı irəli sürdüyü iddiaları müzakirə etmək məqsədilə
Nazirliyə dəvət edildiyini diqqətə çatdırıb.
“Son dövrlərdə iranlı rəsmilərin Türkiyəyə yönəlmiş tənqidlərini
daha çox ictimaiyyət qarşısında səsləndirdiklərini müşahidə edirik.
Bu mövzu ilə bağlı hazırladığımız bir dosyeni artıq İran tərəfinə
təqdim etmişdik”, – məlumatda vurğulanıb.