Bakı. Günaydın:
Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Xalq artisti Sərxan
Sərxan konsert proqramı ilə çıxış edib.
Trend.az saytına istinadən Günaydın xəbər
verir ki, musiqi axşamında ifaçı sevilən lirik kompozisiyaları ilə
yanaşı, repertuarındakı retro və müəllif, dillər əzbəri olan hit
mahnılarını səsləndirib.
Musiqisevərlərin gur alqışları altında səhnəyə gələn klassik
estrada sənətimizin canlı korifeyi səhnədə tək özü və illərdir ona
dost olan gitarası ilə tamaşaçılarla səmimi ünsiyyət quraraq ifa
etdiyi hər bir mahnının tarixçəsi haqqında söz açıb.
<!—->
<!––>
Şən, şux ifası, bir-birindən maraqlı mahnıları özünəməxsus
tərzdə təqdim edən illərin sevilən ifaçısı tamaşaçıların bol
sevgisi və alqışlarının sədaları altında səhnədən pozitiv enerjsini
ötürə bilib.
Bütün konsert boyu tamaşaçların sevgisinin hərarəti və ifaçı
üçün darıxmaları alqışların şiddətindən hiss olunub. Təmiz, peşəkar
ifa, səsin duruluğu, maraqlı improvizələrlə müğənni səhnəyə əsl
meydan oxumağı bacarıb. Gecədə həmçinin Azərbaycan Dövlət Akademik
Musiqili Teatrının solisti Olqa Georgiyeva Xalq artisti ilə birgə
səhnəni bölüşərək duet şəklində klassik romanslar təqdim edib.
İnformasiya dəstəyi – Trend.Az, Day.Az, Milli.Az