Bakı. Günaydın:
“İdman həftəsi” çərçivəsində bu gün tələbələr arasında keçirilən
stolüstü tennis yarışına yekun vurulub.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, yarış
Gənclər və İdman Nazirliyi və Stolüstü Tennis Federasiyasının birgə
təşkilatçılığı ilə “Şüa” İdman Kompleksində təşkil olunub.
<!—->
<!––>
Qızlar arasında Bakı Dövlət Universitetinin komandası birinci
yeri tutub. Azərbaycan Dövlət İqtisad Universitetinin və Azərbaycan
İdman Akademiyasının (AİA) komandaları müvafiq olaraq ikinci və
üçüncü yerə layiq görülüblər.
Oğlanların yarışında isə AİA birinci olub. Bakı Ali Neft
Məktəbinin komandası ikinci, Azərbaycan Dövlət İqtisad
Universitetinin komandası isə üçüncü pillədə qərarlaşıblar.