Bakı. Günaydın:
Bu ilin yanvar ayında Azərbaycandan Ukraynaya 21,8 milyon ABŞ
dolları dəyərində qeyri-neft məhsulları ixrac edilib.
Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə
edib.
Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə
müqayisədə 15,5 milyon ABŞ dolları və ya 3,4 dəfə çoxdur.
Dövr ərzində Ukraynaya qeyri-neft məhsullarının ixracı
Azərbaycanın ümumi ixracının 8,88%-ni təşkil edib.
Bununla da Ukrayna Azərbaycanın ən çox qeyri-neft məhsulları
ixrac etdiyi ölkələr sırasında 5-ci pillədə qərarlaşıb.
Eyni zamanda, cari ilin yanvarında Azərbaycanla Ukrayna arasında
ticarət əməliyyatlarının həcmi 44,4 milyon ABŞ dolları olub.
Məlumata görə, bu, 2024-cü ilin eyni dövründəki göstərici ilə
müqayisədə 9,8 milyon ABŞ dolları və ya 28,2% çoxdur.
<!—->
<!––>
Hesabat ayında Azərbaycandan Ukraynaya 22,8 milyon ABŞ dolları
dəyərində məhsul ixrac edilib ki, bu da 2024-cü ilin yanvar
ayındakı göstəriciyə nisbətən 15,9 milyon ABŞ dolları və ya 3,3
dəfə çoxdur.
Bu ilin yanvarında Azərbaycana Ukraynadan məhsul idxalı illik
müqayisədə 6,1 milyon ABŞ dolları və ya 22% azalaraq 21,7 milyon
ABŞ dollarına çatıb.
Qeyd edək ki, cari ilin yanvar ayında Azərbaycanın xarici
ticarət dövriyyəsinin həcmi 5,9 milyard ABŞ dolları təşkil
edib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə
2,1 milyard ABŞ dolları və ya 70,5% çoxdur.
Ötən ay ticarət dövriyyəsinin 3,4 milyard dolları ixracın, 2,5
milyard dolları isə idxalın payın düşüb ki, bunlar da, illik
müqayisədə müvafiq olaraq 1,2 milyard dollar və ya 64,8% və 910
milyon dollar və ya 79,7% çoxdur.
Hesabat dövründə xarici ticarətdə 986 milyon dollarlıq müsbət
saldo yaranıb ki, bu da, illik müqayisədə 285 milyon dollar və ya
40,7% çoxdur.