Bakı. Günaydın:
Xəbər verildiyi kimi, Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu
Rəfiyev küçəsində sökülməkdə olan tikilidə yanğın baş verib və
dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından
Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, bu
barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumata görə, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində
ikimərtəbəli tikilidə baş vermiş yanğın genişlənməsinə imkan
verilmədən qısa müddətdə söndürülüb.
xxx
18:47
<!—->
<!––>
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı
şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsində tikilidə yanğın
baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Fövqəladə
Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri
cəlb olunub.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, bu
barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumata görə, hazırda yanğının söndürülməsi istiqamətində
tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.