Alış-verişlərini ABB-nin kartları ilə
“ARAZ”
Bakı. Günaydın:
Müştərilərinə tez-tez xoş sürprizlər edən ABB yeni lotereya
kampaniyasına start verib. “Şanslı ödənişlər” adlı kampaniya
alış-verişlərini “ARAZ” Supermarketlərdə aparan müştərilər
üçündür.
Lotereya 31 may 2025-ci ilədək (bu tarix də daxil olmaqla) davam
edəcək. Kampaniya fürsətindən yararlanmaq üçün həmin tarixədək
“ARAZ” Supermarketlərdə alış-veriş zamanı ödənişləri ABB kartları
ilə ABB POS terminallarında aparmaq və kassada “ARAZ” müştəri
kartını oxutmaq lazımdır.
Bu zaman hər 20 manatlıq alış-veriş müştəriyə 1 şans qazandırır.
ABB Mastercard kartları ilə edilən hər ödənişdə isə şans ikiqat
olur.
Lotereya 3 tiraj üzrə keçiriləcək. 1-ci tiraj 01 mart – 31 mart,
2-ci tiraj 01 aprel – 30 aprel, 3-cü tiraj 01 may – 31 may
tarixlərini əhatə edəcək. 1-ci tiraj 17 apreldə, 2-ci tiraj 15
mayda, 3-cü tiraj 19 iyunda oynanılacaq.
Bütün tirajlar qeyd edilən tarixlərdə saat 17:00-da ABB-nin
Facebook səhifəsində canlı oynanılacaq.
Hər tirajın hədiyyələri:
<!—->
<!––>
Əsas hədiyyə – 4 ədəd “Cherry Tiggo 2 Pro Max” avtomobili
9 ədəd “Iphone 16 Pro” (128 GB) mobil telefonu
9 ədəd “Apple Watch series 10” smart saatı
9 ədəd “AirPods 4” qulaqlığı
Lotereyada hər müştəri yalnız bir dəfə qalib ola bilər.
Qazanılmış şanslar hər tirajın yekununda sıfırlanır. Həmin tarixdən
sonra kampaniya şərtlərinə uyğun edilmiş ödənişlər yeni tiraj üçün
yeni şanslar qazandırır. Müştəri limitsiz sayda şans qazana
bilər.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə
məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet
səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi
Facebook səhifəsindən əldə etmək olar.