Bakı. Günaydın:
Milli Gimnastika Arenasında idman gimnastikası üzrə Dünya Kuboku
davam edir.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, dünya
kubokunda ölkəmizi kişilər arasında Nikita Simonov (halqalar), İvan
Tixonov (turnik), Rəsul Əhmədzadə (sərbəst hərəkətlər, dəstəli at),
Mənsum Səfərov (dayaqlı tullanma, turnik), Murad Ağarzayev (sərbəst
hərəkətlər), Ramin Dəmirov (paralel qollar), qadınlar arasında
Dəniz Əliyeva (4 alətin hər birində) təmsil edəcəklər.
<!—->
<!––>
Dörd günlük yarışların yekununda, həmçinin ən yüksək icra xalını
toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku da təqdim
olunacaq.