Bakı. Günaydın:
Binəqədi rayon bələdiyyəsinin keçmiş sədri Aytac Əliyeva və
bacısı İlknur Əliyevanın (Turkut) barələrində verilən hökmdən
apellyasiya şikayəti üzrə məhkəmə prosesi yekunkaşıb.
Trend.az saytına istinadən Günaydın xəbər
verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar
qəbul olunub.
Qərara əsasən, aşağı instansiya məhkəməsinin qərarı qüvvədə
saxlanılıb.
<!—->
<!––>
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aytac
Əliyeva 7 il müddətinə, İlknur Turkut isə 6 il müddətinə azadlıqdan
məhrum edilib. İlknur Turkut məhkəmə zalında həbs olunub.
Hökmdə qeyd olunub ki, Aytac Əliyeva 3 il dövlət işində çalışa
bilməz.
Onlara Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq, külli
miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli
sürülüb.