Bakı. Günaydın:
Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi
narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat
keçirib.
Trend
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Baş
Narkotiklərlə Mübarizə İdarəsi məlumat yayıb.
Bildirilib ki, əməliyyatlar paytaxtın Binəqədi və Qaradağ
rayonları ərazilərində baş tutub. Bir neçə gün davam edən
tədbirlərin nəticəsi olaraq 29 yaşlı Ruslan Hüseynov müəyyən
edilərək saxlanılıb. Onun avtomobilindən 35 kiloqram tərkibinə
zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.
R.Hüseynov ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla
araşdırılan İran vətəndaşı vasitəsilə Füzuli rayonu ərazisindəki
əvvəlcədən təyin edilən yerdən götürdüyünü və maddi gəlir
qarşılığında ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdığını
bildirib.
<!—->
<!––>
Faktla bağlı cinayət işi başlanılıb, R.Hüseynov barəsində həbs
qətimkan tədbiri seçilib.
Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz
dövriyyəsinə qarşı mübarizə ölkəboyu fasiləsiz davam etdirilir.