Bakı. Günaydın:
Çin bu il ölkənin müdafiə büdcəsini 7.2% artıracaq.
Trend.az saytına istinadən Günaydın xəbər verir
ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
<!—->
<!––>
Məlumata görə, Çinin Parlamentində ümumilikdə ölkənin dövlət
büdcəsindən müdafiə sektoruna 245 milyard dollar həcmində vəsaitin
ayrılacağı elan olunub. Pentaqondan olan və digər müstəqil hərbi
ekspertlər isə, fərqli ad altında büdcə ayırımlarının olduğunu
nəzərə alaraq, Çinin müdafiə büdcəsinin nəticə etibarilə,
ümumilikdə 40% artırılacağını iddia edir.
Qeyd edək ki, Çin hərbi xərclərin həcminə görə, dünyada ABŞ-dən
sonra ikinci yerdə qərarlaşıb və artıq dünyanın ən iri hərbi
donanmasına malikdir.