Bakı. Günaydın:
Azərbaycanda təhsilin inkişafı ilə bağlı artıq 7 ildir ki, biz
Bərdə Peşə Liseyi ilə əməkdaşlıq göstəririk. Bu gün mən qürurla
deyə bilərəm ki, biz qarşımıza qoyduğumuz hədəfləri yerinə
yetirmişik və məktəb çox uğurla fəaliyyətini davam etdirir.
Həmçinin Azərbaycanla təhsil sektorunda yeni əməkdaşlıq imkanlarını
nəzərdən keçiririk.
Bu sözləri Trend-ə açıqlamasında “Jarva County Vocational
Training Centre” rəhbəri Rein Oselin deyib.
<!—->
<!––>
O, Estoniya təhsilinin keyfiyyətinin çox yüksək olduğunu və bu
sferada dünyada yuxarı reytinqli ölkələr sırasında olduğunu
bildirib:
“Dünya dəyişir və yeni çətinliklər və həllər ortaya çıxır.
Burada iqlim problemlərini, iqtisadiyyat, siyasət, süni intellekt
məsələlərini qeyd edə bilərik. Bu dəyişikliklər özlüyündə yeni
maneələr, çətinliklər yaradır. Bu problemlər xüsusilə təhsil
sistemində özünü daha çox büruzə verir. Çünki təhsil gələcəkdə
insanların yiyələnəcəyi bacarıqlara təsir edir. Məsələn, Estoniya
peşə təhsili sahəsində islahat aparıb və 3 illik proqram əvəzinə 4
illik proqram tərtib etdik. Nəticədə təhsil alanların rəqəmsal
bacarıqları daha da artdı. Bu o deməkdir ki, bütün şagirdlərimiz
dəyişən gələcəyə daha da yaxşı hazır olacaq, rəqabət qabiliyyəti
artacaq”.