Bakı. Günaydın:
İran hökuməti ölkənin vətəndaşları olan etnik azlıqların ana
dili tədrisi və ana dilində təhsil almaları ilə əlaqədar İslam
Şurası Məclisinə layihə təqdim edəcək.
Trend-in
məlumatına görə, bunu İran hökumətinin sözçüsü Fatimə Mohacerani bu
gün (4 mart) Tehranda keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, İranda yaşayan etnik azlıqların ana dili
ölkənin mədəni irsidir. Bu, İran Konstitusiyasının 15-ci maddəsində
də açıq-aşkar şəkildə qeyd olunur. Ölkədə 400 dil və dialekt
müəyyənləşib və bunun daha da artacağı gözlənilir.
<!—->
<!––>
Mohacerani bildirib ki, təhsil sahəsində bir çox hallarda
qiymətlərin aşağı olmasının səbəblərindən biri abituriyentlərin iki
dilli olmasına görədir. Buna əsasən ana dilinin tədrisi və ana
dilində tədris çox önəmli məsələlərdən biridir.
“Layihə dil haqda tam ətraflı bir layihə hesab olunur. İranda
rəsmi dil fars dilidir. Digər tərəfdən ölkədəki digər dillər İranın
mədəni irsi hesab olunur. Buna əsasən layihə dillər arasındakı
məsafəni elə bir formada doldurmalıdır ki, ikidilli olan uşaqlar
həm təhsil sahəsində bundan ziyan görməsin, həm də mədəni irs
qorunsun”, – deyə o qeyd edib.
Qeyd edək ki, ötən həftə İran parlamenti orta məktəblərdə yerli
etnosların dil ədəbiyyatının tədris olunması planını qəbul
etməyib.