Bakı. Günaydın:
Azərbaycan klublarının 2023/2024-cü illər mövsümündə UEFA-dan
əldə etdiyi gəlir açıqlanıb.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, Avropa
futbol qurumu ötən mövsüm komandalarımıza ümumilikdə 12 milyon avro
ödəyib. Azərbaycan bu göstərici ilə Avropada 24-cü olub.
<!—->
<!––>
Qeyd edək ki, avrokuboklardakı çıxış və digər layihələrlə
əlaqədar UEFA tərəfindən ayrılan maliyyə vəsaitləri AFFA-nın
vasitəsilə müvafiq klubların hesabına köçürülüb.