Ballıca. Trend:
İlaxır çərşənbələrdən ikincisi olan Od çərşənbəsi uzun illərdən
sonra ilk dəfə olaraq Xocalının Ballıca kəndində də qeyd
olunub.
Trend-in bölgə
müxbiri xəbər verir ki, Ballıca kəndinə köç edən ailələr çərşənbə
tonqalı qalayıblar.
<!—->
<!––>
Çərşənbə xonçası bəzənib, tonqal ətrafında şənlik təşkil edilib.
Sakinlər bildiriblər ki, bu gün Xocalıda və Ballıca kəndində
qalanan çərşənbə tonqalı həm köhnə illərin ağrı-acılarının yanıb
külə dönməsinin, həm də istiliyin, həyat enerjisi və diriliyin
rəmzini ifadə edir.