Bakı. Günaydın:
2050-ci ilə qədər dünyada yaşayan yetkin insanların yarıdan
çoxu, uşaqların, yeniyetmələrin üçdə biri artıq çəkidən və ya
piylənmədən əziyyət çəkəcək.
Trend xarici
KİV-lərə istinadən xəbər verir ki, bu barədə elmi məqalə “Lancet
Journal” dərgisində nəşr olunub.
Araşdırma ümumilikdə dünyanın 200-dən çox ölkəsini əhatə edib.
Alimlər kökəlmə prosesinin əsasən aşağı-gəlirli ölkələrdə getdiyini
iddia edir.
<!—->
<!––>
2021-ci ilə qədər dünyada yaşı 25-dən çox olan bir milyarda
yaxın kişi və 1.11 milyard qadın artıq çəki və piylənmədən əziyyət
çəkib.
1990-cı ildən bəri bu göstərici iki dəfə artıb. Bu trend, davam
edəcəyi təqdirdə, proqnozlara əsasən artıq çəkili və kök yetkin
insanların statistikası kişilər üçün 57.4 faizə, qadınlar üçün 60.3
faizə qədər yüksələ bilər (2050-ci ilə qədər).
Artıq çəkili insanların çoxluğu baxımından ölkələr arasında ilk
üçlüyü Çin (627 milyon), Hindistan (450 milyon) və ABŞ (214 milyon)
tutur.