Bakı. Günaydın:
Azərbaycan və Serbiya arasında ticarət, investisiya və sənaye
sahələrində ikitərəfli əməkdaşlığın genişləndirilməsi müzakirə
edilib.
Trend.az saytına istinadən Günaydın xəbər
verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl
Cabbarov “X” hesabında paylaşım edib.
“Serbiyanın iqtisadiyyat naziri xanım Adriyana Mesaroviç ilə
videokonfrans formatında keçirdiyimiz görüşdə ölkələrimiz arasında
birgə fəaliyyətin perspektivləri, ticarət, investisiya və sənaye
sahələrində ikitərəfli əməkdaşlığın genişləndirilməsi, həmçinin
iqtisadi tərəfdaşlığın gücləndirilməsi imkanları barədə
fikirlərimizi bölüşdük”, – deyə paylaşımda qeyd olunub.
<!—->
<!––>
Dövlət Gömrük Komitəsinin məlumatına görə, ötən il Azərbaycanla
Serbiya arasında ticarət əməliyyatlarının həcmi 190,3 milyon ABŞ
dolları təşkil edib.
Məlumata əsasən, bu, 2023-cü ildəki göstərici ilə müqayisədə
178,9 milyon ABŞ dolları və ya 16,7 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycandan Serbiyaya 181,2 milyon ABŞ
dolları dəyərində məhsul ixrac edilib. Bu, 2023-cü ildəki
göstəriciyə nisbətən 180,7 milyon ABŞ dolları, başqa sözlə, 366
dəfə artım deməkdir.