Bakı. Günaydın:
Metronun “28 May” stansiyasında “Dərnəgül-Əhmədli” marşrutu üzrə
hərəkət edən qatarda texniki nasazlıq yaranıb.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, bu
barədə “BakıMetropoliteni” QSC məlumat yayıb.
Bildirilir ki, “28 May” stansiyasında “Dərnəgül-Əhmədli”
marşrutu üzrə hərəkət edən qatarda texniki nasazlıq yarandığı üçün
sərnişinlər düşürülüb və qatar “Nərimanov” elektrik deposuna
göndərilib.
<!—->
<!––>
“Əvəzinə xəttə qatar verilib. İki qatar arasında yaranmış 7
dəqiqəlik interval fərqi qısa müddətdə aradan qaldırılıb.
Yaranmış müvəqqəti narahatlığa görə üzr istəyirik”, – qurumdan
vurğulanıb.