Bakı. Günaydın:
“Bavariya” futbolçusu Yozua Kimmix ilə müqavilə müddətini
uzadacaq.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, bu
barədə xarici KİV-lər məlumat yayıb.
<!—->
<!––>
Məlumata görə, Münxen klubunun nümayəndələri Almaniya millisinin
30 yaşlı kapitanı ilə hazırkı müqavilənin müddətinin uzadılması ilə
bağlı şifahi razılığa gəliblər.
Qeyd edək ki, Yozua Kimmix bu mövsüm Almaniya çempionatında
“Bavariya”nın heyətində 23 oyunda,1 qol və 5 məhsuldar ötürmə ilə
yadda qalıb. O, 2015-ci ildən Bundesliqa nəhəngində çıxış edir.