Bakı. Günaydın:
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti 19-21 sentyabr 2025-ci il
tarixlərində keçiriləcək Formula 1 Qatar Airways Azərbaycan Qran
Prisi 2025 üçün marşal qeydiyyatı proqramına start verdi.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, sürət
yarışının həyəcanverici atmosferini trekə ən yaxın məsafədən hiss
etmək istəyirsinizsə və yaşınız 21-dən
yuxarıdırsa, dünyanın hansı yerində yaşamağınızdan
asılı olmayaraq, Marşal Proqramına qoşulmaq şansınız vardır.
Tədbirin uğurla keçməsində və yarış zolağının təhlükəsizliyinin
təmin olunmasında öz töhfənizi vermək fürsətini qaçırmayın.
Azərbaycan Avtomobil Federasiyası (AAF) bu proqramı uğurla başa
vuran hər bir marşalı FIA tərəfindən qəbul olunmuş beynəlxalq rəsmi
lisenziya ilə təltif edəcək. Bu lisenziya marşallara yalnız
Azərbaycanda deyil, Formula 1 Qran Prisi və digər avtomobil idman
yarışlarında iştirak etmək imkanı verəcək.
<!—->
<!––>
Xatırladaq ki, ötən il Formula 1 Qatar Airways Azərbaycan Qran
Prisi zamanı 1500-ə yaxın marşal cəlb edilib, onların 100-dən çoxu
əcnəbi olub.
Marşal Proqramı haqqında daha ətraflı məlumatı Bakı Şəhər
Halqasının veb-səhifəsindən, həmçinin, [email protected] elektron
ünvanına yazaraq əldə etmək mümkündür.
Qeydiyyat üçün link:
https://www.bakucitycircuit.com/az/marshals
Bu unudulmaz təcrübənin bir hissəsi olun, Formula 1-in
həyəcanını yaxından yaşayın!