Bakı. Günaydın:
Fövqəladə Hallar Nazirliyi Gəncədə kommunal tipli yaşayış
binasında yanğınla bağlı məlumat yayıb.
Nazirlikdən Trend-ə verilən məlumata görə, Gəncə şəhəri ərazisində
kommunal tipli yaşayış binasında yanğın baş verib və dərhal əraziyə
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin
qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində baş vermiş yanğın
daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.
xxx
<!—->
<!––>
17:37
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncə
şəhərində ikimərtəbəli kommunal tipli yaşayış binasında yanğın baş
verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Fövqəladə
Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri
cəlb olunub.
FHN-dən Trend-ə
verilən məlumata görə, hazırda yanğının söndürülməsi istiqamətində
tədbirlər davam etdirilir.