Bakı. Günaydın:
Ağdərə rayonunun Həsənriz kəndinə qayıdan ailələr 33 ildən sonra
ilk dəfə olaraq Od çərşənbəsi tonqalı yandırıb.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti
və İdarəetmə Xidməti publik hüquqi şəxsin ictimaiyyətlə əlaqələr
şöbəsindən Trend-ə
verilən məlumata görə, öz doğma torpaqlarına qayıdan sakinlər Od
çərşənbəsini bayramı coşqusu ilə qeyd ediblər. Kəndin mərkəzində
çərşənbə tonqalı yandırılıb. Tonqal ətrafına yığışan sakinlər
burada bir-birlərini təbrik ediblər.
<!—->
<!––>
Qeyd edək ki, “Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan
azad olunmuş torpaqlarımıza keçmiş məcburi köçkün ailələrinin
köçürülməsi təmin edilir. Ötən gün Ağdərə rayonunun Həsənriz
kəndinə 25 ailə, 91 nəfər köçürülüb.