Bakı. Günaydın:
Martın 15-də İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Mədəniyyət
İnstitutunun prezidenti Saad Xan Azərbaycan Milli Kitabxanasının
qonağı olub.
Bu barədə Trend-ə Azərbaycan Milli Kitabxanasından məlumat
verilib.
Görüşdə kitabxananın direktoru professor Kərim Tahirov
Azərbaycan Milli Kitabxanası ilə İƏT arasında əlaqələrdən bəhs
edib. İƏT üzvü olan ölkələrin Milli Kitabxanaları Şurası
çərçivəsində birgə fəaliyyətdən söz açaraq görülən işlərdən danışan
direktor, eyni zamanda, Azərbaycan və Pakistanın milli
kitabxanalarının əməkdaşlığından bəhs edib. O, 2023-cü ildə qardaş
Pakistanın Azərbaycan Milli Kitabxanasının 100 illik yubileyinə
həsr olunmuş Beynəlxalq Elmi Konfransda iştirak etdiyini, iki
ölkənin milli kitabxanaları arasında əməkdaşlığa dair memorandum
imzalandığını və son iki ildə Pakistan Milli Kitabxanasına
Azərbaycanın tarixinə, mədəniyyətinə və tarixi Zəfərimizə dair 85
nüsxə kitablar göndərildiyini söyləyib. Ölkəmizin ən zəngin
kitabxanası haqqında qonaqlara məlumat verən direktor Azərbaycan
Milli Kitabxanasının Beynəlxalq əməkdaşlıq zalında bir sıra dünya
ölkələrinin ədəbiyyat guşələrinin olduğunu və gələcəkdə burada
“Pakistan ədəbiyyatı guşəsi”nin yaradılmasından məmnunluq
duyacağını vurğulayıb.
<!—->
<!––>
İƏT-in Mədəniyyət İnstitutunun prezidenti Saad Xan bu institutun
2007-ci ildə yaradıldığını və 6 üzvü olduğunu söyləyib. O, hazırda
10 üzvü olan təşkilata son iki ildə Azərbaycanın sədirlik etdiyini
və bu illər ərzində qurumun təşkilati fəaliyyətinin həddindən artıq
genişləndiyi vurğulayıb. Saad Xan bu görüşün iki ölkə və onların
milli kitabxanaları arasında əlaqələrin daha da genişlənməsinə
töhfə verəcəyini vurğulayıb.
Sonra Azərbaycan Milli Kitabxanası ilə tanış olan qonaqlar
kitabxananı çox bəyəndiklərini söyləyiblər.
Sonda direktor Kərim Tahirov qonaqlara Milli Kitabxananın
nəşrlərindən “Azərbaycan Milli Kitabxanası” fotoalbomu, “Qarabağ –
Yeni sətirdən”, “The book of kings” kitablarını və Azərbaycan
xəritəsini hədiyyə edib. İƏT Mədəniyyət İnstitutunun prezidenti isə
“ECO Heritage” və “ECO Cultural institite annual report – 2024”
jurnallarını Milli Kitabxananın fonduna bağışlayıb.