Daşkənd. Trend:
Özbəkistan və Gürcüstan Şərqlə Qərbi birləşdirən əsas marşrut
kimi Orda Dəhlizin strateji əhəmiyyətini qeyd ediblər.
Trend.az saytına istinadən Günaydın xəbər
verir ki, bu barədə Gürcüstan xarici işlər naziri Maki
Boçorişvilinin Özbəkistanlı həmkarı Bəxtiyar Saidovla keçirdiyi
görüşdə danışılıb.
Nazirlər dəhlizin effektivliyi və ötürücülük qabiliyyətinin
artırılmasına hədəflənmiş nəqliyyat və logistika sahələrində
əməkdaşlığın gücləndirilməsinə hazır olduqlarını təsdiq ediblər. Bu
kontekstdə Gürcüstan və Özbəkistanın iqtisadi əməkdaşlıq üzrə
hökümətlərarası komissiyasının yerli layihələrin təşviqində
oynadığı vacib rol vurğulanıb.
Ticarət və nəqliyyat infrastrukturu məsələləri ilə yanaşı,
nazirlər təhsil, mədəniyyət və turizm sahələrində əməkdaşlığın
genişləndirilməsi perspektivlərini müzakirə ediblər, həmçinin
regional təhlükəsizliklə bağlı fikir mübadiləsi aparıblar.
<!—->
<!––>
Görüşün sonunda tərəflər Gürcüstan və Özbəkistan arasında
tərəfdaşlıq əlaqələrinin daha da dərinləşdirilməsinə hazırlıq ifadə
ediblər.
Qeyd edək ki, Orta dəhliz Mərkəzi Asiya, Qafqaz, Türkiyə və
Şərqi Avropadan keçməklə Çin və Avropa İttifaqı ölkələri arasında
konteyner-dəmiryolu yük daşımaları şəbəkəsini birləşdirir.
Çoxşaxəli multimodal nəqliyyat infrastrukturu Xəzər və Qara
dənizdəki bərə terminallarını Çin, Qazaxıstan, Azərbaycan,
Gürcüstan, Türkiyə, Ukrayna və Polşanın dəmir yolu sistemləri ilə
əlaqələndirir.