Bakı. Günaydın:
Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası
Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları Qəzaya
düşüblər.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, bu barədə nümayəndəlikdın bildirilib.
“Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası
Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları Məmmədova
Svetlana və Fərzəliyev Rafet xidməti vəzifələrini yerinə yetirərkən
Ağdam-Füzuli yolunda avtomobil qəzasına uğrayıblar. Təəssüflə
bildiririk ki, Məmmədova Svetlana hadisə yerində dünyasını
dəyişmiş, Fərzəliyev Rafət isə xəsarət almış və xəstəxanaya
yerləşdirilmişdir. Allahdan dünyasını dəyişən əməkdaşımıza rəhmət,
yaralı əməkdaşımıza isə şəfa diləyirik”, – nümayəndəlikdən
bildirilib.
XXX
19:33
<!—->
<!––>
Ağdamda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Trend-in yerli müxbirinin
əldə etdiyi məlumata görə, hadisə işğaldan azad olunmuş Ağdam-
Füzuli yolunda baş verib.
Belə ki, hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yol
kənarına aşıb. Nəticədə 1 nəfər ölüb, 1 nəfər isə ağır xəsarət
alıb.
Hazırda təcili tibbi yardım bölməsinin 2 avtomobili hadisə
yerinə çağrılıb.
Faktla bağlı araşdırma başlanıb, ölən və yaralanan şəxslərin
kimliyi dəqiqləşdirilir.