Bakı. Günaydın:
Rusiyanın Dağıstan Respublikasının Kaspiysk şəhərində DİN
regional idarəsinin binasında terakt törətməyi planlaşdıran dəstəyə
qarşı əməliyyat keçirilib.
Trend.az saytına istinadən Günaydın xəbər verir
ki, bu barədə Rusiyanın Milli Terrorla Mübarizə Komitəsi məlumat
yayıb.
Məlumata görə, martın 5-ə keçən gecə Kaspiysk şəhərində
keçirilən əməliyyat zamanı dörd döyüşçü zərərsizləşdirilib.
<!—->
<!––>
Toqquşmanın baş verdiyi ərazidən gizli saxlanclar,
qumbaraatanlar, əldəqayırma partlayıcı qurğular, əl qumbaraları,
avtomatlar, tapançalar və onlara aid sursat aşkarlanıb.
Qeyd edilir ki, Dağıstanda terror planlaşdıran döyüşçülər İŞİD
terror qruplaşmasının üzvləri olublar.