Bakı. Günaydın:
Neftçala Sənaye Məhəlləsinə sahibkarlar tərəfindən bugünədək
49,5 milyon manat investisiya yatırılıb, mövcud layihələr üzrə
əlavə olaraq 13,6 milyon manat investisiyanın da yatırılması
nəzərdə tutulur.
Bu barədə Trend-ə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi
Zonaların İnkişafı Agentliyindən (İZİA) məlumat verilib.
Qeyd olunub ki, İZİA-nın idarəçiliyində olan Neftçala Sənaye
Məhəlləsində indiyədək 210 milyon manatdan çox məhsul istehsal
edilib, bunun da 1,37 milyon manatlıq hissəsi ixracın payına
düşür.
<!—->
<!––>
Bildirilib ki, bundan başqa, Sənaye Məhəlləsində məhsul
istehsalında müsbət dinamika müşahidə edilir. Belə ki, 2023-cü illə
müqayisədə 2024-cü ildə 5 dəfə çox, yəni 60 milyon manatlıq məhsul
satışı həyata keçirilib.
Sənaye Məhəlləsində ümumi investisiya həcmi 63 milyon manatdan
çox olan 6 sahibkarlıq subyekti rezident kimi qeydiyyatdan keçib və
5-i istehsal fəaliyyətinə başlayıb. Bugünədək Sənaye Məhəlləsinə
sahibkarlar tərəfindən 49,5 milyon manat investisiya yatırılıb,
300-dən artıq daimi iş yeri yaradılıb, növbəti mərhələdə mövcud
layihələr üzrə əlavə olaraq 200-ə yaxın iş yerinin də yaradılması
nəzərdə tutulur.