Bakı. Günaydın:
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə
06.03.2025-ci il tarixində saat 12:00 radələrində Sumqayıt şəhəri
ərazisində yerləşən Reabilitasiya Mərkəzində yanğın baş verməsi
səbəbilə çağırış daxil olub.
Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat
verilib.
Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası
cəlb olunub.
<!—->
<!––>
“Təcili tibbi yardım briqadası tərəfindən 1998-ci il təvəllüdlü
şəxs (kişi cinsli) sağ əlin 4 və 5-ci daraq sümüklərinin qapalı
sınığı diaqnozu ilə Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili
və Təxirəsalınmaz Tibbi Yardım Xəstəxanasına hospitalizasiya
olunub.
Pasiyentin hazırda Travmatologiya şöbəsində müalicəsi davam
etdirilir, vəziyyəti stabildir”,- deyə məlumatda qeyd edilib.
Qeyd edək ki, Sumqayıt şəhəri, 52-ci məhəllədə yerləşən
vətəndaşa məxsus özəl reabilitasiya mərkəzində yanğın baş verib.
Yanğının genişlənərək digər mərtəbələrə yayılmasına imkan
verilmədən qısa müddətdə söndürülüb.