Bakı. Günaydın:
Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Uşaq Xəstəxanasının
ərazisindəki ağaclıq sahədə saat 13:30 radələrində həkimlər
tərəfindən ölü döl aşkar edilib.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Sumqayıt Tibb
Mərkəzinin mətbuat katibi Ramil Zeynallı məlumat verib.
<!—->
<!––>
O bildirib ki, hüquq-mühafizə orqanları tərəfindən əraziyə baxış
keçirilib.
R.Zeynallı qeyd edib ki, Uşaq Xəstəxanasında hamiləliyin
sonlandırılması icra olunmur.