Bakı. Günaydın:
İşğaldan azad edilən bütün ərazilərdə olduğu kimi, Xankəndi
şəhərində də həyat öz axınına düşüb.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti
və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən xəbərə görə,
uzun illərdən sonra Xankəndi şəhərində insanlar bu gün öz
adət-ənənələrinə uyğun olaraq doğma torpaqlarında Od çərşənbəsini
qeyd edirlər.
<!—->
<!––>
Axşam saatlarında şəhərin girişində bayram tonqalı yandırılıb.
Sakinlər tonqal ətrafına toplaşaraq, od çərşənbəsini birlikdə qeyd
ediblər. Bayram tonqalı uşaqlar üçün daha maraqlı olub. İnsanlar
tonqalın üzərindən hoppanaraq öz niyyətlərini dilə gətiriblər.Qeyd
edək ki, işğaldan azad olunan ərazilərdə bayramlar xüsusilə qeyd
olunur. Xankəndi şəhərində də Novruz bayramı münasibətilə böyük
konsert proqramı təşkil ediləcək.