Bakı. Günaydın:
“Zirə” yeni futbolçu ilə anlaşıb.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, bu
barədə klubun mətbuat xidməti məlumat yayıb.
<!—->
<!––>
Bakı təmsilçisi Rikardo Martins Gimaraynş “Quima”nı heyətinə
qatıb. Mozambikli yarımmüdafiəçiylə 2027-ci ilin yayınadək müqavilə
bağlanılıb.
Qeyd edək ki, 29 yaşlı futbolçu karyerası ərzində Portuqaliyanın
“Oliveyrense”, “Sportinq B”, “Akademika”, “Çaves”, Polşanın “LKS
Lodz” və Türkiyənin “Iğdırspor” klublarında çıxış edib. Mozambik
millisinin üzvü olan futbolçu yığmada keçirdiyi 15 oyunda 2 dəfə
fərqlənib.