Bakı. Günaydın:
2025-ci ildə də mikro və kiçik sahibkarlıq subyektlərinin
ölkəmizdə və xaricdə təşkil olunacaq ixtisaslaşmış sərgi və
yarmarkalarda iştirakına dəstək davam etdiriləcəkdir.
Sərgi və yarmarkalar barədə sahibkarlar əvvəlcədən Kiçik və Orta
Biznesin İnkişafı Agentliyinin (KOBİA) saytı, sosial media
hesabları və KİV vasitəsilə məlumatlandırılacaq. Həmçinin, bu ilin
mart ayından başlayaraq Binəqədi rayonunun ərazisində hər həftəsonu
“KOB bazar” satış yarmarkası təşkil olunacaqdır.
KOBİA tərəfindən təmin edilən KOB subyektlərinin satış
imkanlarının genişləndirilməsinə dəstək mexanizmlərindən 2024-cü
ildə 550 mikro, kiçik və orta biznes subyekti yararlanıb. Belə ki,
60-a yaxın KOB subyektinin Azərbaycanda və xarici ölkələrdə
keçirilən 11 sərgidə (4-ü yerli və 7-si xarici ölkələrdə olmaqla)
ödənişsiz olaraq iştirakı təmin edilib. Mikro və kiçik
sahibkarların istehsal etdiyi məhsul və xidmətlərin tanıdılması və
satışına dəstək məqsədilə 10 “KOB Fest” sərgi-satış yarmarkası
keçirilib. Bakı, Göygöl, Şəki, Gəncə, Masallı, Naxçıvan, Zaqatala,
Xaçmaz, Göyçay və Zəngilanda təşkil edilmiş yarmarkalarda 471
sahibkar məhsul və xidmətlərini təqdim edib və satışını həyata
keçirib.
<!—->
<!––>
Mikro və kiçik sahibkarların istehsal etdiyi məhsulların iri
ticarət şəbəkələrində satışına dəstək mexanizmi çərçivəsində isə
onlar üçün ayrılmış 8 satış nöqtəsində 20-dən çox KOB subyektinın
məhsullarının satışı həyata keçirilib.
KOB subyektləri satış imkanlarını genişləndirmək məqsədilə
dövlətin dəstək mexanizmlərindən faydalanmaq üçün KOBİA-ya müraciət
edə bilərlər.