Bakı. Günaydın:
Azərbaycan gimnastı Nikita Simonov Bakıda keçirilən Dünya
Kubokunda qızıl medal qazanıb.
Trend.az saytına istinadən Günaydın xəbər
verir ki, gimnastımız çıxışına görə 14,233 xall toplayıb.
Qeyd edək ki, bu gün Milli Gimnastika Arenasında idman
gimnastikası üzrə Dünya Kuboku davam edir.
<!—->
<!––>
Yarışda ölkəmizi kişilər arasında Nikita Simonov (halqalar),
İvan Tixonov (turnik), Rəsul Əhmədzadə (sərbəst hərəkətlər, dəstəli
at), Mənsum Səfərov (dayaqlı tullanma, turnik), Murad Ağarzayev
(sərbəst hərəkətlər), Ramin Dəmirov (paralel qollar), qadınlar
arasında Dəniz Əliyeva (4 alətin hər birində) təmsil edirlər.
Dörd günlük yarışların yekununda, həmçinin ən yüksək icra xalını
toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku da təqdim
olunacaq.