Bakı. Günaydın:
Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı
mühafizəsinin təmin edilməsi, qaçaqmalçılığa və narkotik
vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla
davam etdirilir.
Bu barədə Trend-ə DSX-dən bildirilib.
<!—->
<!––>
Bildirilib ki, mart ayının 4-də Dövlət Sərhəd Xidmətinin Sərhəd
Qoşunları Komandanlığının “Göytəpə” sərhəd dəstəsinin xidməti
ərazisindən ümumi çəkisi 515 qram narkotik vasitə heroinin kiçik
həcmli PUA vasitəsilə ölkə ərazisinə keçirilməsinin qarşısı
alınmışdır.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.