Bakı. Günaydın:
Milli Gimnastika Arenasında idman gimnastikası üzrə Dünya Kuboku
davam edir.
Trend.az saytına istinadən Günaydın xəbər
verir ki, yarışda ölkəmizi kişilər arasında Nikita Simonov
(halqalar), İvan Tixonov (turnik), Rəsul Əhmədzadə (sərbəst
hərəkətlər, dəstəli at), Mənsum Səfərov (dayaqlı tullanma, turnik),
Murad Ağarzayev (sərbəst hərəkətlər), Ramin Dəmirov (paralel
qollar), qadınlar arasında Dəniz Əliyeva (4 alətin hər birində)
təmsil edəcəklər.
<!—->
<!––>
Dörd günlük yarışların yekununda, həmçinin ən yüksək icra xalını
toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku da təqdim
olunacaq.