Reklam, brendinq, marketinq və bu kimi sahələri bir yerə toplamağı hədəfləyən “Baku Flames Beynəlxalq Yaradıcılıq və Effektivlik Festivalı”na artıq sayılı günlər qalıb.
Festivalda spiker çıxışları, panel müzakirələr və sponsor aktivasiyaları ilə yanaşı, yaradıcı və effektiv işlərin mükafatlandırılması da olacaq. “Baku Flames” mükafatları 4 fərqli istiqamət üzrə 4 fərqli jüri heyəti tərəfindən qaliblərə təqdim olunacaq. Jüri heyətlərinin prezidentləri isə aşağıdakı kimidir:
– “Core” istiqaməti üzrə jüri heyətinin prezidenti — “IMPACT BBDO” agentliyin MENAP regionu üzrə kreativ rəhbəri Ali Rez;
– “Connect & Engage” istiqaməti üzrə jüri heyətinin prezidenti — “Publicis Groupe Benelux” agentliyinin kreativ rəhbəri Eduardo Marques;
– “Design Excellence” istiqaməti üzrə jüri heyətinin prezidenti — “Landor” şirkətinin İcraçı kreativ direktoru Shaun Loftman
– “Connect & Engage” istiqaməti üzrə jüri heyətinin prezidenti — “Nova Post Group” şirkətinin Reputasiya və marketinq üzrə rəhbəri Elena Plakhova
Hər bir jüri prezidenti isə öz növbəsində “Baku Flames” festivalının iştirakçılarını ilhamlandıracaq və onlarla öz təcrübələrini bölüşəcək. Onlar təqdimatlarında uğurlu layihələrin arxasındakı kreativ prosesi, qarşılaşdıqları çətinlikləri və onların necə öhdəsindən gəldiklərini danışacaqlar:

– Ali Rez öz çıxışında yaradıcılığın insan davranışına, eləcə də bizneslərin uğuruna təsirindən və hekayə texnikalarının önəmindən söz açacaq. Onun mövzusu “The Art of Persuasion (İnandırma sənəti)” adlanır.
– Eduardo Marques karyerası boyunca brendlərdən aldığı “yox” cavablarını və bunları necə uğura çevirdiyini bölüşəcək. Onun mövzusu “Don’t Wait, Just Make — A Brief Story About Persistence (Gözləmədən həyata keçir: İnadkarlığın qısa hekayəsi)” adlanır.
– Shaun Loftman dizaynın, hekayələrin və strategiya kimi məfhumların birlikdə brendi necə var etdiyindən və insanlarda hansı təəssüratları yaratdığından söz açacaq. Onun mövzusu “The Ingredients for Great Brand Moments (Mükəmməl brendin tərkib hissələri)” adlanır.
– Elena Plakhova brend reputasiyası və marketinqin böhran dövründə idarəsi ilə bağlı təcrübəsini paylaşacaq. Ukraynadan gələn bir mütəxəssis kimi, o, müharibənin görünməyən çətinlikləri ilə üzləşərkən kommunikasiya, strategiya və biznesin inkişafına rəhbərlik edib.
Dörd əsas istiqamət, 14 kateqoriya və yüzlərlə subkateqoriya üzrə keçirilən müsabiqə agentliklərə, brendlərə və yaradıcı peşəkarlara öz işlərini təqdim etmək, beləcə, sənayenin ən nüfuzlu liderləri tərəfindən qiymətləndirilmək imkanı yaradır.
Festivalda iştirak haqqı əldə etmək və layihələri göndərmək üçün: bakuflames.az
Ətraflı məlumat və suallara cavab əldə etmək, eləcə də əməkdaşlıq təklifləri üçün: [email protected]