Bakı. Günaydın:
Elektrik mühərrikli yük avtomobilləri idxal gömrük rüsumundan
azad edilib.
Trend.az saytına istinadən Günaydın xəbər
verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, yalnız elektrik mühərriki ilə hərəkətə gətirilən,
zavod buraxılış tarixindən 3 ilə qədər ötmüş yük avtomobillərinin
idxalı 1 yanvar 2028-ci ilə qədər gömrük rüsumundan azad edilib
(mövcud rüsum dərəcəsi 5 %-dir).