Bakı. Günaydın:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə
Hacıqabul rayonu, İ.Qayıbov küçəsində obyektdə yanğın baş verməsi
barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in
Dövlət Yanğından Mühafizə Xidmətinin Hacıqabul rayon Yanğından
Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Bu barədə Trend-ə FHN-in Mətbuat xidmətindən məlumat
verilib.
Məlumata görə, yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş
zəruri və təxirəsalınmaz tədbirlər sayəsində ikimərtəbəli mansard
tipli obyektin mansardında baş vermiş yanğın genişlənərək digər
mərtəbəyə yayılmasına imkan verilmədən qısa müddətdə
söndürülüb.
<!—->
<!––>
“Yanğın nəticəsində çay evi kimi fəaliyyət göstərən ümumi sahəsi
220kv.m. olan ikimərtəbəli obyektin mansardının yanar
konstruksiyaları 110 kv.m. sahədə yanıb. Obyektin qalan hissəsi
yanğından mühafizə olunub”, – məlumatda qeyd edilib.