Ankara. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 5-də
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti
ilə Ankaraya işgüzar səfərə gəlib.
Trend.az saytına istinadən Günaydın xəbər
verir ki, Ankaranın Esenboğa Hava Limanında Azərbaycan
Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Dövlətimizin başçısını Türkiyənin maliyyə naziri Mehmet Şimşek
və digər rəsmi şəxslər qarşıladılar.