Bakı. Günaydın:
Sabah Ramazan ayının beşinci günüdür.
Trend-in
məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan
təqviminə əsasən, martın 5-də Bakıda imsak saat
05:43-də, iftar isə saat 18:51-dədir.
Ramazan ayının 5-ci gününün duası:
“Allahumməc-əlni fihi minəl-müstəğfirin. Vəc-əlni fihi min
ibadikəs-salihinəl-qanitin. Vəc-əlni fihi min
övliyaikəl-müqərrəbin. Birə-fətikə ya ərhəmər-rahimin”.
<!—->
<!––>
Tərcüməsi:
“İlahi, bu gün məni bağışlanmışlardan, sənin fərmanına baş əyən
saleh bəndələrindən və yaxın dostlarından qərar ver. Mərhəmətinə
and verirəm, ey rəhmlilərin ən rəhmlisi!”
Allah orucunuzu qəbul etsin!