Bakı. Günaydın:
2025-ci ilin yanvar-fevral aylarında Türkiyənin dünya
bazarlarına dəri ixracı 2024-cü ilin eyni ayı ilə müqayisədə1,6
faiz azalaraq, 258 min 946 dollara bərabər olub.
Trend.az saytına istinadən Günaydın xəbər
verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən
bildiriblər.
<!—->
<!––>
“Bu ilin fevral ayında Türkiyə 132 min 489 dollar məbləğində
dəri ixrac edib ki, bu da keçən ilin fevral ayı ilə müqayisədə 7,3
faiz azdır,” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (fevral 2024 – fevral 2025)
Türkiyə 1 milyon dollar məbləğində dəri ixrac edib.