ViewSonic şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni monitoru ViewSonic VA27G25 adlanır. Beləliklə bu yeni monitor 120 Hz-lik təsvir yenilənməsinə sahib 1920×1080 piksel keyfiyyətli 27 düym ölçülü IPS ekranla təchiz olunub. Lakin ekranın təsvir yenilənməsini 144 Hz-ə kimi yüksəltmək mümkündür. Ekranın maksimal parlaqlıq səviyyəsi 400 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 1 millisaniyə təşkil edir. Ekran sRGB rəng diapazonunun 99%-ni əhatə edir. Monitor özündə VGA və HDMI 1.4 girişlərini birləşdirir. ViewSonic VA27G25 artıq Çində satışa çıxıb və onun qiyməti 75$ təşkil edir. Monitorun Çindən kənarda satışa çıxıb-çıxmayacağı bilinmir.
