Bakı. Günaydın:
Birləşmiş Ştatlar öz bayrağını Marsa və ondan da ötəsinə
sancacaq.
Trend.az saytına istinadən Günaydın xəbər verir
ki, belə bir çıxış ABŞ prezidenti Donald Trampdan gəlib.
<!—->
<!––>
“Biz elmin yeni sərhədlərini fəth edəcəyik və biz ardımızca
insanları kosmosa daşıyacağıq, Amerika bayrağını Mars planetinə və
ondan da ötəsinə sancacağıq”, – deyə Tramp ABŞ konqresində
nümayəndələr palatası və senat qarşısında geniş nitqlə çıxışı
zamanı bildirib.
Tramp bildirib ki, hakimiyyətdə olacağı növbəti dörd il ərzində,
planetin gəlib-getmiş ən azad, ən inkişaf etmiş, ən dinamik və ən
dominant sivilizasiyanı quracaq.