Bakı. Günaydın:
Netflix “Drive to Survive” serialının 7-ci mövsümünü təqdim
edib.
Bakı Şəhər Halqasından Trend-ə verilən məlumata görə, Azərbaycan mədəniyyəti
növbəti dəfə qlobal yayım platformasında yer alıb.
Dramatik anlar, pərdəarxası rəqabətlər və yüksək adrenalin
yaşadan “Drive to Survive” təkcə avtoidmandan bəhs edən sənədli
film deyil, Formula 1 dünyasının ən nüfuzlu komanda və pilotlarının
həyəcan dolu həyatına səyahətdir. İlk dəfə olaraq serial trekdən
kənara çıxaraq paytaxtımızın füsunkar mənzərələrini, rəngarəng
mədəni irsimizdən görüntüləri yayımlayır.
<!—->
<!––>
Bu mövsümdə 2024 Formula 1 mövsümünün gərgin mübarizələri, Maks
Verstappenin çempionluq uğrunda əzmkarlığı, “Red Bull”un üstünlüyü
və komandalar arasındakı gərgin rəqabət tamaşaçılara təqdim olunur.
Hər mövsümdə olduğu kimi, bu dəfə də serial trekdə və trekdən
kənarda baş verən hadisələri, sürpriz transferləri və dramatik
məqamları tamaşaçılara çatdırır.
“Drive to Survive” serialı ənənəsinə sadiq qalmaqla yeni
mövsümün başlanğıcında, azarkeşlərin intizarını bir az da
yüksəldərək, 14-16 mart tarixlərində baş tutacaq Avstraliya
Qran-Prisindən əvvəl ekranlara gəlir.