Bakı. Günaydın:
Fevral ayının sonlarında Dövlət Sərhəd Xidmətinin Sərhəd
Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti
ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri
nəticəsində narkotik vasitələri ölkə ərazisinə keçirməyə cəhd
göstərən 5 (beş) nəfər Azərbaycan Respublikası vətəndaşı
saxlanılıb.
Trend bu
barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinə istinadən xəbər
verir.
Məlumata görə, fevral ayının 19-da sərhəd dəstəsinin xidməti
ərazisində Füzuli rayon sakini 1985-ci il təvəllüdlü Məmmədov
Elməddin Nurəddin oğlu 10 kiloqram 600 qram narkotik vasitəni (8
kiloqram 600 qram marixuana, 2 kiloqram metamfetamin) ölkə
ərazisinə keçirməyə cəhd göstərərkən saxlanılıb.
<!—->
<!––>
Fevral ayının 26-da isə ümumi çəkisi 22 kiloqram narkotik vasitə
marixuananı Azərbaycan Respublikası ərazisinə keçirməyə cəhd
göstərən İmişli rayon sakini 2001-ci il təvəllüdlü Qarayev Əhəd
Əlibala oğlu, Beyləqan rayon sakini 2003-cü il təvəllüdlü Məmmədli
Nəcməddin Rasim oğlu, Şəki rayon sakinləri 1973-cü il təvəllüdlü
Məmişov Elçin Eldar oğlu və 1973-cü il təvəllüdlü Muradov Mehman
Mahir oğlu saxlanılıb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.