Bakı. Günaydın:
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv
Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Komissiyanın üzvü
Rəşad Məcid məlumat verib.
O bildirib ki, iclas saat 15:00-da baş tutacaq.
Qeyd edək ki, Əfv Məsələləri Komissiyasının bundan əvvəlki
iclası 27 fevral tarixində baş tutub. İclasda 100-dən çox müraciətə
baxılıb.