Bakı. Günaydın:
Misli Premyer Liqasının XXVI turunda bu gün “Araz-Naxçıvan”
“Qarabağ”la qarşılaşıb.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, “Liv
Bona Dea Arena”da baş tutan görüşdə “Qarabağ” 3-1 hesabı ilə qələbə
qazanıb.
Oyunda qolları F. Santos (35`), N. Axundzadə (44`), L. Andrade
(77`) və E. Addai (90+5`) vurublar.
“Qarabağ” hazırda turnir cədvəlində 63 xalla lider
mövqeyindədir. Məğlubiyyətə baxmayaraq “Araz-Naxçıvan” turnir
cədvəlində üçüncüdür.
XXX
09:19
Misli Premyer Liqasının XXVI turunda bu gün “Araz-Naxçıvan”
“Qarabağ”la qarşılaşacaq.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, “Liv
Bona Dea Arena”da baş tutacaq və Əliyar Ağayevin idarə edəcəyi
görüşün start fiti saat 19:00-da səsləndiriləcək.
“Qarabağ” hazırda turnir cədvəlində 60 xalla lider
mövqeyindədir. Üçüncü pillədə olan “Araz-Naxçıvan”ın isə 46
var.
Misli Premyer Liqası
<!—->
<!––>
III dövrə, XXVI tur
8 mart
19:00. “Araz-Naxçıvan” – “Qarabağ”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Şirmamed Mamedov, Fərid
Hacıyev.
VAR: Əliyar Ağayev.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Anar Salmanov.
“Liv Bona Dea Arena”
Qeyd edək ki, turun digər görüşləri martın 9-da və 10-da
keçiriləcək.