Bakı. Günaydın:
Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində çox
yaxşı əməkdaşlıq var. Bu gün Qazaxıstan nefti Azərbaycan üzərindən
tranzit olaraq dünya bazarlarına gedir.
Trend.az saytına istinadən Günaydın xəbər
verir ki, bu sözləri energetika naziri Pərviz Şahbazov yerli
televiziya kanallarına deyib.
Nazir qeyd edib ki, 2023-cü ilin mart ayından ötən ilin sonuna
kimi Azərbaycanın üzərindən 2,5 milyon ton neft daşınıb:
<!—->
<!––>
“Bu həcmlərin artırılmasına dair bizim konkret planlarımız var,
hətta bu istiqamətdə ilk addımlar atılıb”
Nazir Orta Dəhlizin əhəmiyyətindən də danışıb:
“Sözsüz ki, nəqliyyat və Orta Dəhliz Azərbaycanı, Qazaxıstanı,
eləcə də, regionun digər ölkələrini birləşdirən çox mühim bir
layihədir. Azərbaycan və Qazaxıstan burada böyük rol oynayır.
Ümumiyyətlə, son iki ildən bir qədər çox müddətdə iki ölkə arasında
40-a qədər iki tərəfli sənədlər imzalanıb. Bütün bu faktlar bizim
iki ölkə arasında əlaqələrimizin davam edəcəyinə çox gözəl
sübutdur. Mən düşünürəm ki, qarşılıqlı səfərlə bu əlaqələrin
inkişafına çox böyük töfhə verir”.